Messi və Ronaldo FİFA-nın tədbirinə getmir

Samir Soltanov/AZADİNFORM. “Barselona”nın futbolçusu Lionel Messi FİFA-nın bu gün Londonda təşkil edəcəyi mükafatlandırma mərasiminə qatılmayacaq. 

Azadinform xəbər verir ki, ilin ən yaxşı qolu adına namizədlər arasında yer alan Argentina millisinin kapitanı şəxsi səbəblərə görə tədbirdə iştirak etməyəcək. 

Həmçinin, dünyanın ən yaxşı oyunçularından sayılan, “Yuventusun” şərəfini qoruyan portuqaliyalı Kriştiano Ronaldo da FİFA-nin tədbirinə getməkdən imtina edib. Bildirilir ki, Ronaldo Turin klubunun digər oyunçuları kimi komandanın sıx qrafikinə görə tədbirə getmir. 

Qeyd edək ki, L.Messi 12 ildən sonra FİFA-nın açıqladığı ən yaxşı futbolçu adına üç namizəd arasında yer almayıb. Namizədlər Kriştiano Ronaldo ("Real"/"Yuventus", Portuqaliya), Luka Modriç ("Real", Xorvatiya) və Məhəmməd Salahdır ("Liverpul", Misir).

24.09.2018 12:55 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo