ADEX 2018 sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Samir Soltanov/AZADİNFORM. Sentyabrın 25-dən 27-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2018” sərgisində dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edəcək. 

Azadinform xəbər verir ki, bu barədə sentyabrın 24-də sərginin açılışına həsr olunmuş mətbuat konfransında məlumat verilib. Bildirilib ki, bu genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biridir. Sərgidə müasir silah və avadanlıqlar, habelə Azərbaycanın müdafiə sənayesi kompleksinin nailiyyətləri və qüdrəti nümayiş olunur. 

Təşəbbüskarı və təşkilatçısı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi olan sərgi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

24.09.2018 11:48 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo