| |||||
Avtomobilin gizli yerindən 10 ədəd telefon çıxdı – FotoSamir Soltanov/AZADİNFORM. Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib. DGK-dan Azadinform-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin arxa oturacaqlarının alt hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerində 4 ədəd "Samsung Galaxy J2 pro" və 6 ədəd "Samsung Galaxy J3 pro" telefonları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
24.09.2018 11:42 / Baxılıb: 117 /
![]() Bu bölmədə ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() 20.02.2019
|
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |