Prezident açıq və mühüm mesajlar göndərdi

Şəfa Tapdıq/AZADİNFORM. “Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illiyinə həsr edilmiş xüsusi iclasında cənab prezident İlham Əliyevin nitqi mahiyyətinə görə dərin, məzmununa görə əhatəli və geniş idi.

Nitqdə ilk növbədə, Cümhuriyyət parlamentinin fəaliyyətinin və qəbul etdiyi qanunların əhəmiyyəti vurğulandı, müasir dövlət quruculuğunda Milli Məclisin oynadığı rol qeyd edildi”.

Bu fikirləri Azadinform-a açıqlamasında millət vəkili Musa Qasımlı bildirib. Millət vəkili qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və nəticələri üzərində dayanan prezident işğalçı ölkəyə, dünya dövlətlərinə və beynəlxalq təşkilatlara açıq və mühüm mesajlar göndərdi: “Təcavüz nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirməyən Ermənistana qarşı təzyiqlər edilməsinin vacibliyi, Azərbaycanın öz tarixi torpağından heç bir zaman vaz keçməyəcəyi vurğulandı. Azərbaycan ordusunun qüdrətinin xüsusi vurğulanması isə özlüyündə çox mətləblərdən xəbər verir”.

24.09.2018 11:35 / Baxılıb: 531 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.05.2019
    25.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo