Rusca mahnı oxumaq və dinləmək qadağan edildi

Samir Soltanov/AZADİNFORM. Ukraynanın Lvov şəhərində rus dilində mahnı oxumaq və dinləmək qadağan edilib. 

Azadinform xəbər verir ki, Lvov bələdiyyəsi “Rusiya incəsənətinin” qadağan edilməsi ilə bağlı qərar qəbul edib. Qərara əsasən Lvov ictimaiyyətinin sıx olan yerlərində rus dilində mahnı oxumaq, dinləmək və Rusiya telekanallarını izləmək qadağan edilib. Bildirilir ki, qərar Rusiyanın Ukrayna işğalı sona çatana kimi davam edəcək. Qərara əməl etməyənləri cəzalar gözləyir. Rusiya verilişlərinə və mahnılarına yer verən müəssisələrin lisenziyası ləğv ediləcək.

Xatırladaq ki, bundan öncə rus dilində təhsil qadağan edilmişdi. Rusiyaya məxsus sosial şəbəkələrdə daxil olma əngəllənmiş, mətbuatda rus dilində yayımlara senzura tətbiq edilmiş, Dostoyevski, Tolstoy kimi tanınmış rus yazıçıların əsərləri də tədrisdən çıxarılmışdı.

24.09.2018 10:35 / Baxılıb: 1234 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo