Milyonçunun 15 yaşlı qızı təyyarədə öldü

İngilis milyonçu, “Wow Toys” oyuncaq istehsalı üzrə Britaniya şirkətinin yaradıcısının qızı Nadima Ednan-Laperuz Nataşa Londondan Nitseyə uçan, “British Airways” şirkətinin təyyarəsində dünyasını dəyişib.

Azadinform xəbər verir ki, bu barədə “The Daily Mail” nəşri məlumat yayıb.

15 yaşlı Nataşa uçuşdan öncə “Pret a Manger” mağazalar şəbəkəsinin hazırladığı, tərkibində əncir və zeytunun olduğu sendviçi yeyib. Təyyarənin göyərtəsində artıq onda kəskin alllergik reaksiya yaranıb. Atası ona zəhərlənmə əleyhinə dozadan 2 dəfə artıq dərman versə, yeniyetmə qız Nitsedə xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzet milyonçunun adını açıqlamayıb.

23.09.2018 18:06 / Baxılıb: 370 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo