Akademik Milli Dram Teatrında Manqurt tamaşası təqdim olunub

Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşası təqdim olunub.

Teatrın mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Anar Babalı, səhnələşdirəni İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali, Qurban, Əminə Babayeva, Mehman Fətullayev iştirak ediblər.

Maraqlı yozumu və dekorasiya həlli ilə yadda qalan tamaşa alqışlarla qarşılanıb.

Qeyd edək ki, bu il dünyanın bir çox ölkələrində böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi münasibəti ilə tədbirlər keçirilir.

23.09.2018 17:43 / Baxılıb: 170 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo