Bu gün Topaz Premyer Liqasında turun mərkəzi oyunu keçirilir

Bu gün Topaz Premyer Liqasının beşinci turunun son iki oyunu keçiriləcək.

Azadinform-un məlumatına görə, beşinci turun ikinci gününün ilk oyununda “Keşlə” klubu doğma meydanda “ASK Arena”da “Sumqayıt” komandasını qəbul edəcək. Orxan Məmmədovun idarə etdiyi oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Turun mərkəzi qarşılaşması isə “Azərsun Arena”da baş tutacaq. Keçən mövsüm Topaz Premyer Liqasının çempionu “Qarabağ” və gümüş mükafatçısı “Qəbələ” üz-üzə gələcəklər. Bu komandalar arasında keçirilən son 10 oyunda üstünlük Ağdam təmsilçilərindədir. Beş dəfə “Qarabağ” klubu, üç oyunda isə “Qəbələ” klubu qələbə qazanıb. İki oyunda heç-heçə qeydə alınıb.

Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Oyunun hakimi Əliyar Ağayevdir.

23.09.2018 16:19 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo