Süni intellekt sürətləndiricisinə malik smartfonların payı 30%-i ötəcək

“Digitimes Research” tədqiqat şirkətinin proqnozuna görə, 2018-ci ilin dördüncü rübündə dünyada süni intellekt sürətləndiricisi ilə təchiz edilmiş smartfonların payı 30%-i ötəcək.

Azadinform xəbər verir ki, daxili süni intellekt çipləri ilə təchiz edilmiş “HiSilicon Kirin 980” və “Apple A12 Bionic” mobil prosessorlarının çıxarılmasından sonra belə proqnoz verilib.

Hazırda smartfonlarda süni intellekt həlləri əsasən şəkillərin tanınması və emalında istifadə olunur, ancaq gələcəkdə artırılmış reallıq  əlavələri əsas rol oynayacaq. Bununla əlaqədar olaraq smartfon istehsalçıları və proqram təminatı tərtibatçıları müştəriləri cəlb etmək və rəqibləri geridə qoymaq üçün artıq yeni süni intellekt təklifləri hazırlamalıdırlar.

2018-ci ilin oktyabr-dekabr aylarında smartfonlarda aparat süni intellekt sürətləndiricilərinin proqram həlli ilə müqayisədə daha geniş yayılacağı gözlənilir.

23.09.2018 15:09 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo