Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək

Gürcüstanda oktyabrın 28-də keçiriləcək prezident seçkilərində 25 namizəd iştirak edəcək.

Azadinform xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Məlumata əsasən, namizədlərin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

25 namizəd arasında namizədliklərini geri götürmək istəyənlər bu barədə oktyabrın 16-dan gec olmayaraq MSK-ya müraciət etməlidirlər. Müddətin başa çatmasından sonra bütün namizədlər seçki bülletenlərinə daxil ediləcək.

23.09.2018 15:23 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo