Türkiyə İrandakı terror aktını pisləyib

Türkiyə XİN İranın Əhvaz şəhərində baş verən terror aktını pisləyib.

Azadinform-un məlumatına görə, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilir.

Qeyd olunur ki, Türkiyə hadisə nəticəsində ölənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə sağalmağı diləyir.

Xatırladaq ki, dünən İranın Əhvaz şəhərində naməlum şəxslər hərbi parad iştirakçılarına atəş açıblar. Son məlumatlara əsasən, terror aktı nəticəsində 28 nəfər ölüb, 60 nəfər isə yaralanıb. Ölənlər araında dinc sakinlər də var.

23.09.2018 11:38 / Baxılıb: 100 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo