Biləsuvarda 77 ədəd partlamamış hərbi sursat aşkar olunub

AZADİNFORM. Biləsuvar rayonunun "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində 77 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunub.

Azadinform xəbər verir ki, ANAMA-ya hərbi sursatların tapılması barədə məlumatlar daxil olduqdan sonra, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 2018-ci il 22 sentyabr tarixində də baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 77 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 3 900 kv.m əraziyə yerüstü baxış keçirilib.

23.09.2018 11:09 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo