Xamenei İranda törədilən terror aktının arxasında kimin dayandığını açıqlayıb

İranın ali dini lideri ayətulla Əli Xamenei iddia edir ki, Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror aktının arxasında ABŞ rəhbərliyi altında fəaliyyət göstərən dövlət durur.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Xameneinin saytına yerləşdirilən məlumatda bildirilir.

"Əhvazdakı dəyərli vətəndaşlarımızın öldüyü və muzdlu terrorçular tərəfindən törədilən amansız və kədərli faciə İran milləti düşmənlərinin pis niyyətini bir daha nümayiş etdirdi. Bu cinayətlər bizim sevimli ölkəmizdə təhlükəli vəziyyətin yaradılması məqsədi güdən ABŞ-ın regiondakı əlaltılarının sui-qəsdidir", — deyə Xamenei bəyanatında bildirib.

23.09.2018 10:57 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo