Tanzaniyada gəminin batması nəticəsində ölənlərin sayı 209 nəfərə çatıb

Tanzaniyanın Vikoriya gölü sahillərində sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 209 nəfərə çatıb.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Citizen" qəzeti yazıb.

Şənbə günü daha 69 nəfərin meyiti aşkar edilib.

Bərə cümə axşamı Yukora adasındakı yanalma körpüsündən 50 metr aralıda çevrilib.

Bəzi məlumatlara görə, göyərtədə 400-ə yaxın adam olub ki, bu da gəminin imkanlarını üstələyir. Həmçinin bərə qarğıdalı, banan və sement kisələri ilə dolu yük daşıyıb.

23.09.2018 10:43 / Baxılıb: 59 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo