Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli gəlib.

Azadinform-un məlumatına görə, payız fəsli Azərbaycana Bakı vaxtı ilə saat 05:54-də daxil olub. Bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Məhz bu gündən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Artıq Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir.

Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. Ölkəyə qış fəsli isə dekabrın 22-i Bakı vaxtı ilə saat 02:22-də gələcək.

23.09.2018 10:28 / Baxılıb: 131 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo