İranda hərbi parad zamanı ölənlərin sayı 28 nəfərə çatıb

İranın Əl-Əhvaz şəhərində keçirilən hərbi parad zamanı törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb, daha 60 nəfər yaralanıb.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İran Parlamentinin Müdafiə komitəsi sədrinin müavini Əbu Fəzl Biqi deyib.

"Ölənlərin sayı 28-dir, yaralıların sayı 60 nəfərə çatıb", — deyə sədr müavini bildirib.

O qeyd edib ki, hadisə yerində hücum edənlərdən üçü öldürülüb, qalanları isə xəstəxanada ölüblər.

Parlament rəsmisinin sözlərinə görə, terrorçular Səudiyyə Ərəbistanı və İsrail Mossadından dəstək alıblar.

Əbu Fəzl Biqi həmçinin bəyan edib ki, terrorçular İraq Kürdüstanından gəliblər və İranın əvvəllər zərbə endirdiyi silahlı birləşməyə aiddirlər.

23.09.2018 10:16 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
    21.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo