Prezident Səudiyyə Ərəbistanının müdafiə nazirinə təbrik məktubu ünvanlayıb

AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Azadinform xəbər verir ki, dövlət başçısı müdafiə nazirini Səudiyyə Ərəbistanının Krallıq elan edilməsi günü münasibətilə təbrik edib.

"Ölkənizin milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş xalqınıza daim sülh və firavanlıq arzulayıram", - deyə Prezident bildirib.

22.09.2018 22:08 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo