Adanada 25-ci Beynəlxalq Film Festivalının açılışı olub

Türkiyənin Adana şəhərində 25-ci Beynəlxalq Film Festivalının açılışı olub.

Azadinform xəbər verir ki, açılış mərasimində rəsmi şəxslər, kino xadimləri, tanınmış rejissorlar və ssenaristlər, xarici qonaqlar və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün abidəsi önünə gül dəstələri düzülüb, xatirəsinə ehtiram ifadə olunub.

Sonra festivalla bağlı sərgiyə baxış olub.

Qeyd edək ki, festival çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunan rəsmi mərasim keçiriləcək, sərgi və filmlər nümayiş etdiriləcək.

22.09.2018 21:48 / Baxılıb: 142 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo