MDB əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məsləhət Şurasının 31-ci yığıncağı keçirilib

Düşənbədə Müstəqil Dövlətlər Birliyi əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məsləhət Şurasının 31-ci yığıncağı keçirilib.

Azadinform xəbər verir ki, birlik dövlətlərinin əmək, əhalinin məşğulluğu və sosial müdafiəsi orqanları rəhbərlərinin və nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanı ölkəmizin Tacikistandakı səfiri Həsən Məmmədzadə təmsil edib.

Tədbirdə sosial sahədə Birlik dövlətlərinin əməkdaşlığının nəticələri, qarşıda duran vəzifələr, bu ölkələrdə sosial-əmək sahəsindəki vəziyyət və görüləcək tədbirlər planı müzakirə olunub.

Həmçinin 2016-2020-ci illərdə MDB-nin İqtisadi inkişaf strategiyasının üçüncü mərhələsinin həyata keçirilməsi ilə bağlı tədbirlər Planının yerinə yetirilməsi məsələləri də diqqət mərkəzində olub. Bu tədbirlər arasında informasiya-metodik, normativ-hüquqi materialların mübadiləsi, Birlik ölkələrinin professional standartlarının vahid prinsiplərinin işlənib hazırlanması və digər məsələlər də var.

Ümumiyyətlə, yığıncaqda 16 məsələ müzakirə olunub.

22.09.2018 21:33 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo