Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Aviasiya, Kosmos və Texnologiya Festivalına (TEKNOFEST) qatılıb. Ayrı-ayrı bölmələrə baş çəkən dövlət başçısına TEKNOFEST barədə ətraflı məlumat verilib.

Azadinform xəbər verir ki, İstanbulun Yeni Hava Limanında (İstanbul New Airport-İGA) keçirilən festivalda Türkiyənin qabaqcıl texnologiyalar, o cümlədən aviasiya, elektronika şirkətləri istehsal və istifadə etdikləri məhsulları, avadanlıqları nümayiş etdirirlər.

Festival çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”, Türk Hava Yollarının təyyarələri, eləcə də digər şirkətlər möhtəşəm uçuşlar həyata keçiriblər.

22.09.2018 20:43 / Baxılıb: 119 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
    9.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo