| |||||
Gürcüstandakı prezident seçkiləri ilə bağlı 40-a yaxın ölkədə seçki məntəqəsi yaradılacaqGürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı 40-a yaxın ölkədə seçki məntəqəsi açacaq. Xəbərə görə, bu barədə MSK-nın mətbuat katibi Ana Mikeladze keçirdiyi brifinqdə bildirib. O deyib ki, xarici ölkələrdə seçki məntəqələri sentyabrın 28-dən gec olmayaraq yaradılacaq və onların ünvanları MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək. A.Mikeladze xaricdə olan Gürcüstan vətəndaşlarının prezident seçkisi üzrə səsvermədə iştirak qaydalarını da açıqlayıb: “Seçki hüququna malik Gürcüstan vətəndaşları xarici ölkədə səsvermədə iştirak etmək üçün konsulluq qeydiyyatı və ya ünvan qeydiyyatında olmalıdırlar. Qeydiyyatı olmayan vətəndaşlar oktyabrın 7-nə qədər müvafiq diplomatik nümayəndəlik və ya konsulluq idarələrində qeydiyyatdan keçməlidirlər”. Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Bu günə qədər 19 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb, 6 nəfərin isə namizəd kimi qeydiyyatı ilə bağlı prosedur həyata keçirilir. (report)
22.09.2018 19:58 / Baxılıb: 118 /
Bu bölmədə ![]() ![]() |
![]() 18.02.2019
|
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |