Türkiyə "Google" şirkətini cərimələdi - 15 milyon dollar

Türkiyənin Antiinhisar komitəsi “Google” şirkətini 93 milyon lirə (15 milyon dollara yaxın) məbləğində cərimələyib.

Azadinform-un məlumatına görə, bu qərar mobil qurğular üçün proqram təminatının satışı sahəsində rəqabət qaydalarının pozulması ilə bağlı qəbul edilib.

Qeyd olunur ki, bununla əlaqədar olaraq “Google”, “Google İnternational” və “Google Reklamcılık” şirkətləri cərimələnib. Bu şirkətlərə altı ay ərzində qayda pozuntularını aradan qaldırmaq və bazarda səmərəli rəqabətqabiliyyətliliyi bərpa etmək tapşırılıb.

22.09.2018 18:52 / Baxılıb: 124 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo