Azərbaycan millisindən növbəti qələbə

İtaliyanın Siyene şə­hərində Polo üzrə Avropa Çempiona­tı davam edir.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından Azadinform-a verilən məlumata görə, bu gün yarışın 2-ci turunda Fransa komandası ilə qarşılaşan Azərbaycan milli yığması növbəti inam­lı qələ­bə­sini qazanıb. Milli yığmamızın üzvləri qələbə qazanmaq üçün güc­lü iradə və yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərini 8:4 hesabı ilə darmadağın ediblər.

İkiqat Avropa çempionu və bu turnirin ikiqat gümüş müka­fatçısı olan güclü Fransa yığmasına məğlubiyyət hissini yaşadan milli komandamızın tərkibində Elçin Camallı və Fabian Bolanterio xüsusilə fərqləniblər.

Sentyabrın 30-dək davam edəcək Polo üzrə Avropa Çempionatının 24 sentyabr tarixində keçiriləcək 3-cü turunda Azərbaycan millisi Slovakiya yığması ilə, sentyabrın 28-də baş tutacaq 4-cü turda isə hazırki Avropa çempionu İrlandiya komandası ilə qarşılaşacaq.

22.09.2018 19:43 / Baxılıb: 172 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo