BATE klubunun prezidenti xərçəngdən vəfat edib

Belarusun BATE klubunun İdarə Heyətinin sədri Anatoli Kapski 52 yaşında vəfat edib.

Azadinform-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kapskidə hələ 20 yaşında ikən xərçəng aşkarlanıb. Həmin vaxtdan o, şişlə mübarizə aparıb.

1999-cu ildə xəstəlik yenidən özünü büruzə verib. 2013-cü ildə klub rəhbəri ürəyindən əməliyyat olunub. Daha sonra o, qara ciyəri və böyrəklərindəki problemlərlə əlaqədar bir neçə gün komada qalıb.

Kapski 1996-cı ildə BATE-nin yaradılmasının təşəbbüskarlarından olub. Borisov təmsilçisi 14 dəfə Belarus çempionu və 3 dəfə ölkə kubokunun sahibi olub.

Qeyd edək ki, bu mövsüm BATE Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olub. Bakıda 1:0 hesablı qələbə qazanan Borisov klubu öz meydanında heç-heçə edib - 1:1. Nəticədə "Qarabağ" Çempionlar Liqasında mübarizə aparıb. Hazırda hər iki komanda Avropa Liqasının qrup mərhələsində çıxış edir. 

22.09.2018 17:05 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo