"İnstagram"ın yeni xidməti narazılığa səbəb olub

"İnstagram" sosial şəbəkəsinin istifadəçilərə təqdim etdiyi yeni xidmət narazılığa səbəb olub.

Azadinform xəbər verir ki, bu barədə "Business İnsider" nəşri yazıb. 

Məlumata görə, söhbət IGTV xidmətindən gedir. Bu ilin iyun ayında tətbiqinə başlanılmış xidmət istifadəçilərə uşaqların iştirakı ilə çəkilmiş videolar təqdim edib. İddia edilir ki, həmin videolarda uşaqlara uyğun olmayan təsvirlər yer alıb. Bu barədə polisə də məlumat verilib. 

Hazırda pozuntuların aradan qaldırılması üçün tədbirlər görülür.

22.09.2018 16:48 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo