Naxçıvanda Avropa İttifaqı Günləri keçirilir

Naxçıvanda Avropa İttifaqı Günləri keçirilir.

Azadinform xəbər verir ki, tədbirə həsr olunan mətbuat konfransında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Azərbaycanda akkreditə olunmuş Aİ ölkələrinin diplomatik missiyalarının rəhbərləri və nümayəndələrinin bu iki gün ərzində Naxçıvan məktəblərində, universitetlərində bir sıra təqdimatlar keçirəcəklərini, təmsil etdikləri ölkələr barədə məlumat verəcəklərini bildirib.

Həmçinin Naxçıvanda Aİ Günləri çərçivəsində biznes forum keçiriləcək və burada Aİ-nin Azərbaycanda həyata keçirilmiş layihələri təqdim ediləcək.

Sentyabrın 23-də Naxçıvan sakinləri və şəhərin qonaqları Avropa şəhərciyinə (Euro Village) baş çəkə biləcəklər. Burada Aİ ölkələrinin hər birinin açdığı stenddə onların adət-ənənələri və mədəniyyəti barədə məlumat veriləcək.

Kestutis Yankauskasın sözlərinə görə, Aİ nümayəndə heyəti ilk dəfə belə miqyasda - 17 səfirliyin iştirakı ilə tədbir təşkil edəcək.

22.09.2018 16:09 / Baxılıb: 160 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo