"Google" və "Facebook"un fəaliyyəti yoxlanıla bilər

ABŞ Prezident Administrasiyası "Google" və "Facebook" şirkətlərinin fəaliyyətini yoxlamaq niyyətindədir. 

Azadinform xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. 

Məlumata görə, yoxlamaların məqsədi məşhur axtarış sisteminin və sosial şəbəkəsinin antiinhisar qanunvericiliyini pozub-pozmadığını müəyyən etməkdir. Hökumət qurumları həmçinin onlayn rejimdə fəaliyyət göstərən platformalar arasında rəqabətin qorunması və qərəzli yanaşmanın aradan qaldırılması üçün addımlar atmağı planlaşdırır. 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp "Google" və "Facebook"u dəfələrlə qərəzli yanaşmada ittiham edərək tənqid edib. 

22.09.2018 14:43 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo