Lerik və Yardımlıda elektrik enerjisi infrastrukturu yenidən qurulur

“Azərişıq” ASC Cənub regionunda yenidənqurma işlərini davam etdirir.

Azadinform xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, istismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2018-ci ilin ilk 9 ayı ərzində əsaslı işlər görülüb.

Ölkəmizin turizim sektoruna daxil dağlıq ərazi olan Lerik rayonunda da sürətli yenidənqurma işləri aparılır. Xüsusən də qış aylarında bu ərazidə kəskin hava şəraitini nəzərə alaraq, “Azərişıq” çətin releyefdə ən etibarlı elektrik dayaqları ilə dayanıqlı enerji nəqlinə nail olub. Rayonun bir çox kəndlərində, eləcə də rayon mərkəzindən İranla sərhəd istiqamətində 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib. “Cənub” RETSİ-nə daxil olan Lerik EŞ bu ilin 9 ayı ərzində 110 kv-luq hava xəttində 136 ədəd yararsız ağac dirəkləri dəmir dayaqlarla əvəz edib. Rayonun Şingədulan, Camaşair, Böyük Orand və Kəlvəz kəndlərində elektrik enerjisinin ötürülməsində bütün problemlər tamamilə aradan qaldırlıb, dayanıqlı və etibarlı enerji təchizatı üçün bu kəndlərdə 12 min metr SİP kabelləşmə aparılıb, 400-ə qədər yeni dəmir dayaqlar basdırılıb. Yeni güc mənbələrinin yaradılması üçün 9 ay ərzində 10-dan yuxarı KTM quraşdırılıb. Abonentlərin sayğacla təmin edilməsində də xeyli uğura nail olunub. 9 ay ərzində Lerik rayonunda 1200-dən çox istehlakçı yeni sayğacla təmin edilib. 

22.09.2018 14:16 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo