Bu il Azərbaycanda Avropa şirkətlərinin sayı 385-ə qədər artıb

“Bu il Azərbaycanda Avropa şirkətlərinin sayı 300-dən 385-ə qədər artıb”. 

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikasında (NMR) Avropa İttifaqı Gününə həsr olunmuş mətbuat konfransında deyib. O qeyd edib ki, Aİ ilk dəfə olaraq Naxçıvanda belə genişmiqyaslı tədbir təşkil edib. Bu tədbirdə Aİ-nin 17 səfiri də daxil olmaqla, 60 nümayəndəsi iştirak edir. 

K.Yankauskas əlavə edib ki, bəzi Avropa şirkətləri artıq NMR-da fəaliyyət göstərir və enerji, kənd təsərrüfatı kimi sahələrə sərmayələr yatırırlar. 

Nümayəndəliyin rəhbəri daha sonra qeyd edib: “Aİ Azərbaycanın böyük tərəfdaşıdır. Aİ Azərbaycanın həm neft, həm də qeyri-neft sektorunda böyük sərmayəçidir. Biz Azərbaycanı etibarlı tərəfdaş kimi çox yüksək qiymətləndiririk”. (trend)

22.09.2018 14:00 / Baxılıb: 146 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo