Azərbaycan və Aİ arasında yeni sazişlə bağlı danışıqların növbəti raundunun vaxt bəlli olub

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqların növbəti raundu oktyabrın 2-3-də Brüsseldə keçiriləcək. 

Azadinform trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. O qeyd edib ki, danışıqlar zamanı siyasi sahədə razılaşmalar müzakirə olunacaq. Azərbaycanı danışıqlarda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

22.09.2018 13:45 / Baxılıb: 121 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
    9.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo