Astarada karantin zərərvericilərinə qarşı tədbirlər görülür

Samir Soltanov/AZADİNFORM. Astara rayonunun Tüləgüvən kəndində məhdud dairədə yayılmış karantin tətbiq edilən orqanizmlərlə sirayətlənmiş ərazilərin müəyyən edilməsi və mübarizə işlərinin həyata keçirilməsi istiqamətində fitosanitar tədbirlər həyata keçirilir. 

Azadinform xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən bəzi torpaq mülkiyyətçilərinə məxsus sitrus bağlarında meyvə ağaclarının zərərvericilərlə sirayətlənməsinin müəyyən edilməsi  istiqamətində müşahidələr davam etdirilir.  

Dövlət büdcəsindən ayrılmış vəsait hesabına 36 hektar naringi bağlarında Kaliforniya qalxanlı yastıcasına (Quadraspidiotus perniciosus Comstosk) qarşı, 28 hektar naringi bağında Avstraliya şırımlı yastıcasına (Icerya purchasi Mask.) qarşı Tiometoksam tərkibli  Artiste (0,2 l/1 ha) və Abamektin tərkibli  Abam (0,025 l/1 ha)preparatlarından, təsərrüfat subyektləri hesabına isə 200 hektardan çox naringi, Kinkan (Çin limonu) və limon bağlarında adıçəkilən yastıcalara qarşı Dimetoat tərkibli Korumagor 40 EC (2-2,5 l/1 ha), İmidokloprid tərkibli Konfidor və Veftnor preparatlarından istifadə edilməklə kimyəvi mübarizə aparılıb. Ancaq bir çox hallarda sahibkarlar tərəfindən kimyəvi mübarizənin vaxtının və preparatların düzgün seçilməməsi görülən tədbirlərin səmərəsini aşağı salıb ki, bu da sahələrin zərərvericilərlə sirayətlənməsi üçün münbit şərait yaradıb.  

Artıq Tüləgüvən kəndində sirayətlənmiş ərazilər Astara rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən nəzarətə götürülüb və torpaq mülkiyyətçilərinə zərərvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirlərinin düzgün aparılması üçün müvafiq tövsiyələr verilib.

22.09.2018 13:30 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
    9.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo