Azərbaycan ilə Rusiya parlamentləri arasındakı əlaqələr yüksək səviyyədədir

Samir Soltanov/AZADİNFORM. Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Dövlət Duması sədrinin müavini Sergey Neverovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Azadinform xəbər verir ki, Oqtay Əsədov Azərbaycan ilə Rusiya arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, hər iki ölkənin parlamentləri arasındakı əlaqələrimiz də yüksək səviyyədədir. 

Sergey Neverov Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin adından Azərbaycan parlamentinin yaranmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb. O, belə bir əlamətdar vaxtda ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib. 
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, komitə sədri Əli Hüseynli və digər rəsmi şəxslər iştirak ediblər.

22.09.2018 12:50 / Baxılıb: 67 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo