Prezident İlham Əliyev Vyetnam liderinin ölümü ilə bağlı başsağlığı verib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibi Zati-aliləri cənab Nquyen Fu Çonqa başsağlığı verib. 

Azadinform xəbər verir ki, başsağlığında bildirilir: “Hörmətli cənab Baş katib, Vyetnam Sosialist Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Çan Day Kuanqın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Çan Day Kuanq Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfələr vermişdir. 

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

22.09.2018 12:41 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo