BMW 140 minə yaxın avtomobili geri çağırır

Samir Soltanov/AZADİNFORM. Almaniyanın BMW şirkəti Çin bazarında satdığı 3-cü seriyadan olan 140 minə yaxın avtomobili hava kondisionerlərindəki qüsurlarla əlaqədar geri çağırır. 

Azadinform xəbər verir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb. Qərara əsasən, 2005-2011-ci ildə Çində istehsal edilmiş 89 mindən çox və xaricdən idxal olunmuş təxminən 50 min avtomobil geri çağırılacaq. 

Noyabrın 9-dan etibarən avtomobillər yoxlanılaraq, qüsurlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.

22.09.2018 12:28 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo