Evinin qarşısında soyuldu 400 manatını aldılar

Samir Soltanov/AZADİNFORM. Bakı sakini küçədə qarət edilib. 

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, sentyabrın 19-da DİN-in “102-Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini Vladimir Yeqorov Xətai rayonu ərazisində evinin qarşısında naməlum şəxsin onun 400 manatını açıq talama yolu ilə aldığını bildirib. 

Məlumatla əlaqədar Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşları dərhal hadisə yerinə yollanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. 

Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakini Razi Əliyev və Göygöl rayon sakini Emin Qədimov olduqları müəyyən edilib. 

Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

22.09.2018 12:13 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
    9.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo