Topaz Premyer Liqası 5-ci tur başlayır

Samir Soltanov/AZADİNFORM. Bu gün Azərbaycan Topaz Premyer Liqasının beşinci turuna start veriləcək. 

Azadinform xəbər verir ki, turun ilk açılış matçı “Bayıl Arena”da keçiriləcək. Meydan sahibi “Səbail” klubu çempionatın debütantı “Sabah” komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 18:30 başlayacaq. 

Günün sonuncu qarşılaşmasında meydana “Zirə” və “Neftçi” klubları çıxacaq. “Dalğa Arena”da oynanılacaq oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. 

Sentyabrın 23-də keçiriləcək iki görüş ilə Topaz Premyer Liqasının beşinci turuna yekun vurulacaq. Həmin görüşlərdə “Qarabağ” “Qəbələ” klubunu, “Keşlə” isə “Sumqayıt” komandasını qəbul edəcək. 

Xatırladaq ki, dörd turdan sonra 10 xalı olan “Neftçi” klubu turnir cədvəlinə başçılıq edir. Aktivində 9 xalı olan çempionatın debütantı “Sabah” klubu ikinci, bir oyun az keçirən “Qarabağ” klubu isə 7 xalla üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq “Qəbələ” (4), “Sumqayıt” (4), “Səbail” (4), “Zirə” (2), “Keşlə” (1) qərarlaşıb.

22.09.2018 11:40 / Baxılıb: 151 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo