Əfqanıstanda partlayış 8 uşaq həlak olub

Samir Soltanov/AZADİNFORM. Əfqanıstanın şimalında mina partlaması nəticəsində 8 uşaq həlak olub, 6-sı isə yaralanıb. 

Azadinform xəbər verir ki, həlak olan və xəsarət alanların hamısı 6-12 yaş arasında olan uşaqlardır. 

Polis idarəsinin nümayəndəsi Abdulla Kərim Uraşın sözlərinə görə, insident sentyabrın 21-də axşam saatlarında Fəryab əyalətinin administrativ mərkəzindən şimalda baş verib. 

Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib.

22.09.2018 11:20 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo