Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Ötən gün ərzində ölkə ərazisində daxili işlər orqanları tərəfindən 121 cinayət faktı qeydə alınıb. 

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, baş verən cinayətlərin 22-si “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

22.09.2018 10:56 / Baxılıb: 82 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo