İntihar etmək istəyən xilas edilib

Samir Soltanov/AZADİNFORM. Sumqayıt şəhərində intihar etmək istəyən şəxs xilas edilib. 

Azadinform Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhərdə 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

22.09.2018 10:48 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo