Hidayət Heydərov 1/8 finalda (Yenilənib 3)

Samir Soltanov/AZADİNFORM. Cüdoçumuz Hidayət Heydərov (73 kq) dünya çempionatının 1/16 final mərhələsində Monako idmançısı Sedrik Bessi ilə qarşılaşıb. 

Azadinform xəbər verir ki, təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/8 final mərhələsinə yüksəlib. 
H.Heydərovun rəqibi tacikistanlı Bəhruzi Xocazoda olacaq.

11:48


Samir Soltanov/AZADİNFORM. Cüdo üzrə dünya çempionatında kişilər arasında 73 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən daha bir idmançımız Hidayət Heydərov tatami üzərinə çıxıb. O, 1/32 final mərhələsində iraqlı Sajjad Sehenlə qarşılaşıb. Azadinform xəbər verir ki, təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/16 finala vəsiqə qazanıb. Bu mərhələdə H.Heydərovun rəqibi Sedrik Bessi (Monako) olacaq.

11:26


Samir Soltanov/AZADİNFORM. Cüdo üzrə dünya çempionatında kişilər arasında 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov 1/32 final mərhələsində iraqlı Sajjad Sehenlə qarşılaşıb. Azadinform xəbər verir ki, təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/16 final mərhələsinə yüksəlib. Növbəti mərhələdə R.Orucov Əhməd Ayaş (Yəmən) - Sedrik Bessi (Monako) görüşünün qalibi ilə qarşılaşacaq.

10:40


Samir Soltanov/AZADİNFORM. Bu gün Bakıda Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının üçüncü günündə 73 kiloqram çəki dərəcəsində kişilər, 57 kiloqram çəki dərəcəsində isə qadınlar tatami üzərinə çıxırlar. Azadinform xəbər verir ki, ölkəmizi bu çəki dərəcələrində kişilər arasında Hidayət Heydərov, Rüstəm Orucov və qadınlar arasında İçinxorlo Munxtsedev təmsil edirlər. 

1/32 final mərhələsindən yarışlara başlayacaq idmançılarımızdan Rüstəm Orucov ilk görüşündə Məhəmməd Mohyeldinlə (Misir), Hidayət Heydərov isə Sajjad Sehen (İraq) ilə qarşılaşacaq. 

Qadın cüdoçumuz İçinxorlu Munxtsedev isə almaniyalı Amelie Stoll ilə görüşəcək. 

Sentyabrın 27-dək davam edəcək çempionatda 125 ölkədən 800-dək cüdoçu mübarizə aparır.

22.09.2018 13:07 / Baxılıb: 96 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.12.2018
16.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo