Paraddakı terrorda ölənlərin sayı 11-ə çatıb (Yenilənib 2) + Fotolar

Samir Soltanov/AZADİNFORM. İranda hərbi parad zamanı törədilən terror aktı qurbanlarının sayı 11 nəfərə çatıb, 30-dan çox insan yaralanıb. 

Azadinform xəbər verir ki, zərərçəkənlər arasında uşaqlar və qadınlar da var. 

Qeyd edək ki, hücumun məsuliyyətini “Əl Əhvaziyə” terror təşkilatı üzərinə götürüb.


11:32


Samir Soltanov/AZADİNFORM. İranın cənub-qərbində Ahvaz şəhərində hərbi parad zamanı törədilən terror aktnda 8 əsgər həlak olub. Azadinform xəbər verir ki, 20 nəfər isə yaralanıb. Məlumata görə, terror aktını törədən 4 nəfər də məhv edilib. 

10:25


Samir Soltanov/AZADİNFORM. İranın cənub-qərbində Ahvaz şəhərində hərbi parad zamanı təxribat törədilib. Azadinform xəbər verir ki, naməlum şəxslər tərəfindən hərbi konvoy atəşə tutulub. Bildirilir ki, insident nəticəsində bir neçə əsgər həlak olub. Atışma zamanı xəsarət alanların olduğu da bildirilir. 

22.09.2018 13:40 / Baxılıb: 150 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo