Sudanda hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

Sudanın Hərbi Hava Qüvvələrinə məxsus "K-8" təyyarəsi qəzaya uğrayıb.

Azadinform-un məlumatına görə, bu barədə "Sudan Tribune" ordunun briqada generalı Əhməd Xalif əş-Şama istinadən xəbər verib.

Bildirilir ki, hadisə paytaxt Xartum şəhəri yaxınlığında təlim uçuşu zamanı qeydə alınıb. Qəza zamanı 2 təyyarəçi həlak olub. 

İlkin ehtimala görə, təyyarənin qəzaya uğramasına qəfil yaranmış texniki çatışmazlıq səbəb olub. 

21.09.2018 23:57 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
    9.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo