Türkiyə ordusu həftə ərzində 56 terrorçunu zərərsizləşdirib

Türkiyənin təhlükəsizlik qüvvələrinin Şırnak, Siirt, Diyarbəkir, Ağrı vilayətlərində və İraqın şimalında sentyabrın 14-dən 20-dək keçirdikləri antiterror əməliyyatları zamanı 56 terrorçu zərərsizləşdirilib.

Azadinform "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, zərərsizləşdirilənlər arasında PKK-nın İraqdakı qolunun rəhbərlərindən biri də var. Bundan əlavə, Türkiyənin təhlükəsizlik qüvvələri əməliyyatların gedişində narkotik ticarətçilərindən və qaçaqmalçılardan 41,94 min ədəd qutu papiros, 669 min çətənə kolu və 725 kiloqram narkotik vasitə müsadirə ediblər.

Türkiyə hərbçilərinin "Zeytun budağı" əməliyyatının başlanğıcından zərərsizləşdirdiyi terrorçuların sayı 4573 nəfərə çatıb. Əməliyyatın başlanğıcından bu günə kimi terrorçularla döyüşlərdə Türkiyə ordusunun 54 hərbçisi həlak olub, 241 nəfər yaralanıb.  

21.09.2018 23:43 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo