Təqsiri olmadan 27 il həbsxanada cəza çəkən məhbus azadlığa buraxılıb

ABŞ-da törətmədiyi cinayətə görə 27 il cəza çəkən Valentino Dikson azadlığa buraxılıb.

Azadinform xəbər verir ki, bu barədə "Golfworld" jurnalı məlumat yayıb.

Bildirilir ki, Dikson dava və atışmanın baş verdiyi əyləncə mərasimində olub. Diksonun sözlərinə görə, o, toqquşmada iştirak etməyib və hadisə yerini tərk edib. Həmçinin bildirib ki, atışmada 17 yaşlı yeniyetmənin öldürülməsindən xəbərsiz olub.

Diksonun anasının sözlərinə görə, ailə üzvləri Valentinonun polis tərəfindən axtarıldığını onun dostları vasitəsilə biliblər. Bir qədər sonra asayiş keşikçiləri onların evinə gəlib və Diksonu həbs ediblər.  

21.09.2018 23:08 / Baxılıb: 146 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.10.2018
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo