Tanzaniyada gəmi qəzası ilə bağlı 4 günlük matəm elan olunub

Tanzaniya prezidenti Con Maqufuli Viktoriya gölündə sərnişin bərəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar ölkədə 4 günlük matəm elan edib.

Bu barədə Azadinform "Agency France Presse"yə istinadən xəbər verir.

"Mən bu gündən başlayaraq 4 günlük matəm elan etməyə qərar verdim", - deyə prezident bildirib.

Sərnişin bərəsi cümə axşamı Yukora adasından 50 metr məsafədə aşıb. Hadisə zamanı bərədə normadan iki dəfə çox - 200 nəfər olub. Gəmi həmçinin yük – qarğıdalı, banan və sement daşıyırmış. 

"Reuters"in polis nümayəndəsinə istinadən məlumatına görə, qəza nəticəsində ölənlərin sayı 136 nəfərə çatıb.  

21.09.2018 22:32 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo