Əbülfəs Qarayev Rusiya mədəniyyət nazirinin müavini ilə görüşüb

AZADİNFORM. Mədəniyyət naziri Əbülfəs Qarayev sentyabrın 21-də Moskvada Rusiya mədəniyyət nazirinin müavini Pavel Stepanovla görüşüb. 

Nazirlikdən Azadinform-a verilən məlumata görə, görüş çərçivəsində 2019-2020-ci illərdə Azərbaycan Respublikası və Rusiya Federasiyasında qarşılıqlı mədəniyyət mövsümlərinin keçirilməsi ilə bağlı razılığın əldə edilməsindən əlavə bir sıra digər məsələlər müzakirə edilib.

Müzakirələr zamanı müştərək film çəkilişinin həyata keçirilməsi, müvafiq təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən teatr sahəsində çalışan gənc kadrların mübadiləsi, xoreoqrafiya tədris ocaqları arasında qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi məsələləri qaldırılıb.

21.09.2018 21:48 / Baxılıb: 144 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo