Liviyada silahlı atışma olub, 11 nəfər ölüb, 30-u yaralanıb

Liviyanın paytaxtı Tripolidə silahlı qruplaşmalar arasında atışma nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb.

Azadinform “Al-Jazeera”ya istinadən xəbər verir ki, ölənlərin çoxu mülki sakinlərdir.

Liviyanın Səhiyyə Nazirliyi bildirib ki, Tripolidə avqustdan başlayan silahlı qarşıdurma nəticəsində 96 nəfər ölüb. Onların arasında onlarla dinc sakin də var.

Qeyd edək ki, Liviyada hazırda iki hakimiyyət var: Faiz Saracın başçılıq etdiyi Milli Razılıq Hökuməti Tripolidə yerləşir, digər hökumət ölkənin şərqinə nəzarət edir, onu feldmarşal Xalifə Xaftarın başçılıq etdiyi Liviya Milli Ordusu dəstəkləyir.

21.09.2018 21:09 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo