Bakıda NATO-nun ƏİK çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib

AZADİNFORM. Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun helikopter cütlüyünün birinci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilib.

Bu barədə Azadinform-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlim zamanı cütlüyün təchizatı, avadanlığı, rabitə vasitələri və digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə uyarlılıq səviyyəsi, sülhməramlı qüvvələr tərkibində, eləcə də müxtəlif əməliyyatlar zamanı taktiki tapşırıqların icrası qiymətləndirilib.

Cütlüyün qiymətləndirilməsi NATO-nun monitorinq qrupu və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin mütəxəssisləri tərəfindən izlənilib.

21.09.2018 20:38 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo