Türkiyə prezidentinin ABŞ-a səfərinin tarixi açıqlanıb

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın ABŞ-a səfərinin tarixi açıqlanıb.

Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, qardaş ölkənin dövlət başçısı sentyabrın 23-27-də BMT Baş Assambleyasının sessiyasında çıxış etmək, habelə miqrasiyaya dair yüksək səviyyəli iclasda iştirak etmək üçün Nyu-Yorka gedəcək.

R.T.Ərdoğan səfər çərçivəsində BMT baş katibi, bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli danışıqlar keçirməklə yanaşı, ABŞ-ın işgüzar dairələri, türk və müsəlman icmalarının təmsilçiləri ilə də görüşəcək. 

Onun ABŞ prezidenti Donald Trampla görüşünün keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.

21.09.2018 20:27 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo