Tereza Mey: "Brexit" danışıqları dalana dirənib"

"Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən çıxmasına dair danışıqlar dalana dirənib".

Azadinform TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey dövlət televiziyasındakı çıxışı zamanı bildirib. 

O həmçinin danışıqların iflasa uğraması təqdirdə, Şimali İrlandiyanın Avropa İttifaqı bazarında qalmasına, yəni Olsterlə ölkənin qalan hissələri arasında iqtisadi sərhədin meydana gəlməsinə əsla razı olmayacağını vurğulayıb.

Bununla yanaşı, T.Mey ölkədə Avropa İttifaqında üzvlüyə dair referendumun nəticələrinə hörmətlə yanaşdığını da qeyd edib: “Avropa İttifaqı dəqiqliklə bilsin ki, 2016-cı il referendumunun nəticələri dəyişməyəcək və ölkənin parçalanmasına əsla yol verməyəcəyəm”.

21.09.2018 19:43 / Baxılıb: 108 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo